|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT” QƏZETİNİN  2 MART TARİXLİ NÖMRƏSİNDƏ DƏRC EDİLƏN “QƏRİBƏ MÜLAHİZƏLƏR” MƏQALƏSİNİ OXUDUQDAN SONRA BELƏ BİR QƏNAƏTƏ GƏLİRSƏN Ki, BU SƏTİRLƏR QAYĞIDAN, İNSANA HÖRMƏTDƏN DAHA ÇOX FƏRDİYYƏTÇİLİK VƏ QEYRİ-ADİ BÖHTANLARDAN İBARƏTDİR.

Ədəbiyyat və incəsənət” qəzetinin  2 mart tarixli nömrəsində dərc edilən “Qəribə mülahizələr” məqaləsini oxuduqdan sonra belə bir qənaətə gəlirsən ki, bu sətirlər qayğıdan, insana hörmətdən daha çox fərdiyyətçilik və qeyri-adi böhtanlardan ibarətdir.
Bu, qarşıdakı sənətkara əvvəlcədən mənfi münasibət bəsləməyin qəti məhsuludur.
Tənqidçi düşünməlidir ki, həqiqət hər şeydən irəlidir. Ədəbiyyatı  şəxsiqərəzliyə verib, tənqidlə bəzəmək və obrazların xaraktesristikasını, nə də tənqidçi təfəkkürünün ideya saflığını açmır, həyatdan doğulan şerlərin özülü, əsası xalqdır. Xalqdan yazılan şerlərdəki obrazları tənqidçi ədalətli xarakteristika etməyib, uydurma fərziyyələr donu geydirdikdə, oxucu  onun özünə xas olmayan xarici təsir qüvvəsini hiss edir, sonra onun yalançı ideyalarına və karyera qazanmaq xatirinə ədəbiyyatdan bərk-bərk yapışmasına gülür. Düşünürsən, necə olur ki, məqalə müəllifi şair Məmməd İbrahimin “Bir ömrün qonaqları”, “Tərifdən qorxuram”, “Səməd Vurğunla söhbət” və “Şair vüqarı” şerlərindən uzun-uzadı söhbətlər açıb lüzumsuz , bayağı qeydlər etdiyi halda, xoşuna gələn  “İnsan ürəyi”, “Babamın səsi”, “Uçqun”, “Gecə düşüncəsi”, “Professor Gülə məktub”, “Mənim Naxçıvanım” kimi şerlərinin sadəcə olaraq adını çəkir, bir kəlmə də olsa şerlərdən söhbət açmır. Xoşuna gələn yerləri, özünün dediyi kimi “poetik ifadələr”ini  açıb göstərmir. Görünür qarşısında açıq-aşkar bir hədəf duyur, o da mütləq tənqid hədəfi. Elə buradaca hiss edirsən ki, tənqidçi özü-özünə zidd getməklə bərabər, məntiqsiz çıxış edir, özünün subyektiv fikirləri ilə yaşamamışdır

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws