|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
HƏR KƏS YÜZ İL YAŞAYA BİLƏR

Vahid Hacıyevin şairlə müsahibəsi

Böyük şəxsiyyətlərin, məşhur istedadların əksəriyyəti polad iradə, dözüm sahibi olurlar. Belələrinə dünya şöhrətli Lui Pasteri, N.Amosovu, göz cərrahı S.Fyodorovu, görkəmli yazıçı-alimimiz Qulu Xəlilovu və başqalarını göstərmək olar. Onlar gənclik illərində ağır xəstəliklərə düçar olmuş, lakin ruhdan düşməmiş, özlərində qüvvə taparaq həyatın sınaqlarından mətanətlə çıxmışlar. Nəticədə xalq və cəmiyyətə gərəkli ömür yaşamış, qiymətli əsərlər yaratmış, zəngin elmi, bədii irs bəxş etmişlər.
Belə şəxsiyyətlərdən biri də Dövlət mükafatı laureatı, xalq şairimiz Məmməd Arazdır. Müalicə və dava-dərmanın o qədər də faydasını görməyən şair bunun əlacını bədən tərbiyəsi ilə müntəzəm məşğul olmaqda gördü. Tissonun «hərəkət bütün dərmanları əvəz edə bildiyi halda, heç bir dərman hərəkəti əvəz edə bilməz» fikrini əsas tutan Məmməd müəllim hər səhər  obaşdan durur, kilometrlə məsafəni qət edir, fiziki təlimlərə geniş yer verirdi. 16 mərtəbəli binadakı mənzilinə çox vaxt pilləkənlərlə qalxan Məmməd Araz az müddətdə özünü gümrah hiss etməyə başladı. Cıdır meydanının yaxınlığında yaşaması, şairin  bura tez-tez baş çəkməsi, təbiətin ən həssas canlılarından olan məşhur Qarabağ, Dilboz cins atların cıdırından həzz alması da onun sinirlərinə əhəmiyyətli dərəcədə təsir göstərirdi.
Məmməd Araz hazırda da bədən tərbiyəsi məşğələləri ilə ciddi məşğul olur. Dəniz kənarında açıq havada gəzinti səhhətini qorumaqda ona kömək edir. O, xəstəliklə mübarizəsini bu cür davam etdirir.
Budur, «Azərbaycan təbiəti» jurnalına 20 ildən artıq baş redaktorluq edən xalq şairi Məmməd Arazın iş otağındayam. Yubiley münasibətilə onu təbrik edirəm. Ancaq şerləri və nəğmələri dillərdə dastan olan şairlə söhbətimin yönü bədən tərbiyəsi və idman istiqamətindədir. «Atamın kitabı»nın müəllifinə ilk sualım:
- Siz ağır xəstəliyə düçar olanda 41 yaşınız da tamam deyildi. Sizi istəyən dostlar və tanışlar səhhətinizlə bağlı həyəcan keçirirdilər. İndi onların bəziləri həyatda yoxdur. Özünüzdə bədən tərbiyəsi və idman meyli nə vaxtdan hiss etmisiniz?

- Mən uşaqlıqdan çevikliyimlə tay-tuşlarımdan fərqlənərdim. Gözəl at minən, at çapan idim. Dağda-daşda qoyun-quzu otaranda bir an durub dincəlməzdim. Sürünü yal-yamaca yayandan sonra uşaqlarla qurşaq tutardım. Şəhərə gələndən sonra at idmanını da, o vərdişləri də unutdum.

- Bunu «Dağlar məni tanımadı» şerinizdə nostalgiya ilə xatırlayırsınız:

At istədim, bir dəli at,
Şahə qalxdı sarı kürən
Yüyəninə əl atanda
Ayaq çıxdı üzəngidən.
Dağlar məni tanımadı.

Üzr istəyirəm, sözünüzü kəsdim. Sonra necə oldu?

- 70-ci illərdən yenidən bədən tərbiyəsi ilə fəal məşğul olmağa başladım. Bu da məlumdur nə ilə bağlıdır. Osman Sarıvəlli demiş: «Fələk çox əlləşdi, gəlmədim dizə».

- Bədən tərbiyəsi və idmanın faydasını şəxsi həyatınızda dərindən hiss eləmiş bir insan kimi onun barəsində fikrinizi bilmək maraqlı olardı.

- İdman hərəkətdir – hərəkət yaşamaqdır. Uzunömürlü adamların əksəriyyəti müntəzəm hərəkətdə olanlardır. Mənim babam yüz ildən çox yaşamışdır. Nəyin sayəsində? Ömür boyu alatoranda yuxudan durardı. Subh tezdən mal-qaranı örüşə çıxarar, bağlı olan heyvanları yemləyər, ot biçər, bağ-bostanı suvarardı. Özü də hər şeyi nizamla, səliqə ilə görərdi. Ömrü boyu çiynindən kərənti, oraq, bel əskik olmazdı. Ömrü boyu at mindi, ot daşıdı, zəmi biçdi, dərz döydü. Heç bir tənbəli, ləti, yatanı uzunömürlü görmədim. Çox yaşayanları çox piyada gəzən, bərk yeriyən, hərəkətdə  olan gördüm. Böyük fizioloq İ.Pavlov xatırladırdı ki, hər kəs şərab içməsə, hərəkətdə olsa, Tistian qədər, yəni yüz ildən çox yaşayar.

- İndi isə çoxumuz oturaq həyata üstünlük veririk: Beş addımlıq yolu piyada getmək istəmirik. Halbuki Höte deyirdi ki, ən yaxşı fikirlər hərəkətdə olduğun zaman gəlir.

- Əlbəttə, indi insan rahat maşınlarda gəzməyi özünə vərdiş edib. Onun əli gördüyü işlərin çoxunu texnika görür. Bundan geri çəkilmək də mümkün deyil. İndi «baba mühiti»nə qayıtmaq da olmaz! İnsanın qocalmaması da, ölməməsi də mümkün deyil. Ancaq «cındır qoca» olmamaq, sürünə-sürünə ölməmək mümkündür. Bu, insanın öz əlindədir. Bunun yeganə əlacı idmandır. İdman böyük tolstoyları çox oturaq həyat tərzinin törətdiyi fəsadlardan xilas edə bilər.

 3 yanvar, 1997

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws