|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
HAQQIN VAR, MƏMMƏD ARAZ

Rəsmiyyə Şəfəqin şairlə müsahibəsi

Oktyabrın 14-ü hamımızın sevimli şairi Məmməd Arazın 62 yaşı tamam olur. Məmməd Arazın nəsihəti ilə, dərin mənalı fəlsəfi fikirləri ilə zəngin olan şerləri şairin istedadının bizə bəxş etdiyi ən böyük töhfədir. İllər ötdükcə mən Məmməd Arazı müqəddəs bir insan kimi qəbul etmişəm. Şairlə görüşdə insan övladını mənəvi paklığa çağıran müqəddəs işığı, dünyanı öz gözlərimlə görmüşəm. Bu, Məmməd Araz dünyasıdır. Şairlə görüşdə bir neçə sualı ona təqdim etdim.

- Sizlə maraqlanan oxucu kütləsinə belə informasiya çatdı ki, Məmməd Araz vətənə vaxtından əvvəl dönüb. Məmməd Arazın qürbətdə günləri necə keçirdi?

- Həqiqətə əsaslanmayan bu «informasiya» haradan sıza bilərdi və niyə sızmalıydı ki, mən vaxtından əvvəl qayıtmışam. Yəni bu, təxminlərin, gümanların dilinə çevrilsə, o deməkdir ki, mən müalicə qurtarmamış geri dönmüşəm. Bu, ağ yalandır. Ömür vəfa etsə, hələ bir neçə dəfə də getməli olacağam. O ki qaldı «qürbət», «vətən həsrəti» məsələsinə, deyim ki, biz bir xalq olaraq «ocaq başına» çox bağlıyıq, bəzənsə bunun zərəri xeyrindən çox olur.

- Tək elə «Dünya sənin, dünya mənimg» şerilə sözün qüdrətini əlçatmaz zirvəyə qaldıran Məmməd Araz sonsuz oxucu sevgisi qazanan bir şair kimi ən bəxtəvər insan sayılır. Söz haqqında bəlkə öz fikrinizi deyəsiniz?

- Dəyirmançıların dilində «dabanı qaldırmaq» ifadəsi var: dəyirmançı müəyyən üsulla üst daşı azacıq qaldırır, daşın tezliyi artır, dəyirmanın istehsal gücü «çoxalır». Əvvəllər gündə 50 kisə dən üyüdən dəyirmançı indi 60 kisə üyüdür. Deməli, göz qabağındaca keyfiyyət kəmiyyətə dönür. Sözü də bu günə qoymaq olar. Sözün də dabanını qaldıranda ifrat tərif yaranır. Sözlə ehtiyatlı olun, çox ehtiyatlı!

- Müdriklərdən kimsə deyib: tale xarakterdir. Yəni o deməkdir ki, söz yaxşı deyilib. Doğrudurmu? – bilmirəm.

- Mən sualı anlaya bilmədim: mənim xoşbəxt olub olmamağımın bu suala nə dəxli? Ümumiyyətlə, xoşbəxtlik haqqında söz açmağın nə mənası? Tutaq ki, dedim «hə» və ya «yox».

- «Altı qızın biri Pəri» şerini hər dəfə oxuyarkən göz yaşlarımı saxlaya bilmirəm. Mənə elə gəlir ki, bu nəğmənin oxucu qəlbində qeyri-adi iz buraxması onun xüsusi yaranma tarixi olduğuna işarə  edir.

- «Altı qızın biri Pəri». Nə vaxtsa, kimsə qulağıma pıçıldayıb bu nəğməni, qulağıma oxuyub bu şeri. İndinin özündə də o səs məni haraylayır, yaşamağa, sevməyə çağırır. Altı qızdan birinin arxasınca gedirəm. Onu görə biləcəyəmmi? Bilmirəm. Şerin daha heç bir xüsusi yaranma tarixi yoxdur. Bir fikir damlasının məhsuludur, desəm, daha doğru olar.

- Məmməd Araz yaradıcılığında əsas yeri tutan  məhəbbət şerləri yaralı qəlbə məlhəmdir. Gənclik illərinin sevgisindən könlünüzdə yenə də yer qalıbmı? Yeni şerləriniz arasında bu səpkidə şerlər varmı?

- Məhəbbət şerləri «dərdli sevgililərin» qəlbinə nə dərəcədə məlhəmdir, deyə bilmərəm. Onu deyə bilərəm ki, bu şerləri gəncliyimdə də narahatçılıqla yazmışam, elə indi də elə yazıram. Ancaq indi gənclik illərində olduğu kimi «alışdım, yandım» haraylı şerlər yaranmır.

«Bəzisinə ürək qazıb, söz ələmək asan gəlirg»

Artıq şərhə ehtiyac qalmır.

- El üçün ağlayan Məmməd Araz həyatda yenidən şair ömrü yaşamağa razı olardımı?

- Yenidən şair ömrü yaşamaq?.. Yəqin ki, istərdim. Amma bəzi axtarışlarla.

- 14 oktyabr ad gününüzdür. Ötən günlərə nəzər salarkən təəssüf hissi keçirirsinizmi?

- Təəssüf üçün «material» yoxdur. Təəssüf heç nəyi qaytarmır kig

12 oktyabr, 1995


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws