|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
XALQIN ŞAİRİ OLMAQ ÇƏTİNDİR

Eldar Baxışın şairlə müsahibəsi

Neçə vaxtdı yaşadığımız illəri əlimizdən-ovcumuzdan alıblar. Neçə vaxtdı bu illər ömrümüzün üstündən keçib getmir. Yağılar bu illəri dava ilinə, qan ilinə, qırğın ilinə çeviriblər. Neçə vaxtdı ha çalışırıq bu dava, qırğın, qan ilini, məsələn, ədəbiyyat ilinə çevirə bilmirik. Ona görə ki, ədəbiyyatla məşğul olan yoxdu, ədəbi əsərlər yazılmır. Yox!.. Sadəcə olaraq dava, qırğın, qan  püskürən torpaqda söz çətin püskürür, fikir çətin bitir, düşüncə çətin göyərir. Məmməd Arazın xalq şairi adı almasını eşidəndə ürəyimdən birinci bu keçdi: «Şükür, İlahi!» Axır ki, ədəbiyyat da yada düşdü. Axır ki, söz püskürdü, fikir bitməyən bir yerdə fikir bitdi və eyni qayda ilə, düşüncə göyərməyən yerdə düşüncə göyərməyə başladı».
Püskürən bu sözün, bitən bu fikrin, göyərən bu düşüncənin yiyəsi Məmməd Araz idig

O günü Məmməd Arazın iş yerinə zəng elədim. Dəstəyi bir qız götürdü.

Soruşdum:

- Kimdi?

- Mühasib Zümrüd Cümşüdova.

Soruşdum:

- Məmməd Araz xalq şairi adı alıb. Səncəg

Zümrüd xanım dedi:

- Məmməd Araza çoxdan ad vermək lazım idi. Biz hər bir işdə gecikdiyimiz kimi bu işdə də gecikdik. Çox gecikdik. Mənə qalanda Məmməd müəllim mənim gözümdə çoxdan xalq şairidi.

- Sən mühasibsən, deyə bilərsənmi, Məmməd müəllim nə qədər donluq alır?

- Heç nə qədər. Demək olar, heç nə qədər. 300-400 manat. Bu heç Amerika pulu ilə 3-4 dollar da eləmir.

Dedim:

- Əvəzində Birləşmiş Millətlər Təşkilatının baş katibi 300 000 dollar alır. Deyirəm, bəlkə elə Məmməd Arazın pulundan kəsib qoyurlar o cür siyasətçilərin üstünə.

Zümrüd xanım güldü:

- Nə bilim, vallah!

- Hər halda  siyasətçiyə 300 000 dollar verib, şairə 3 dollar vermək Allaha xoş gedən iş deyilg

- Bəs n-ə-ə!..

 Zümrüd xanımdan sonra  Məmməd Arazın özü ilə danışdım. Əvvəl-əvvəl təbrik elədim onu, sonra dag

- Sevinirsiniz?

- Yox, sevinmirəm.  Sevinməli bircə şey var, o da budur ki, bu qarmaqarışıqlıqda, bu dolaşıq-bulaşıq dövrdə yada düşmüşəm.

- Sizə ad veriləcəyindən əvvəlcədən xəbəriniz vardımı?

- Yox.

- Bundan necə xəbər tutdunuz?

- Evdə əyləşmişdik, televizora baxırdıq. Bir də  onda gördük ki, elan elədilər. «Məmməd Araza xalq şairi adı verilirg» Kim təqdim eləyib, nə vaxt təqdim eləyib, bilmirəm.

- Dünyanın Yaponiya, Çin, Türkiyə, Amerika, İngiltərə, Fransa kimi ölkələrində xalq şairi adı yoxdu, amma bizdə var. Türkmənistanda, Özbəkistanda varg

- Belədi dəg Bir də xalq şairi olmaq asandı. Xalqın şairi olmaq çətin. Xalq şairləri çoxdu, xalqın şairləri az.

- Xalqın şairləri olanları ya qırıblar, ya sürgün eləyiblər, ya da xəstələndirib yatağa salıblar. Həmişə belə olubg

- Elədi, elədi, elədig Hə, hə, həg
                                                      
                                                 dekabr, 1991
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws