|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BÖYÜK ALİM, BÖYÜK İNSAN

Xudu Məmmədovun adı çəkilən kimi harda olur-olsun, onun xarici görkəmi, oturuşu-duruşu gözlərimdə canlanır.  O, elə heykəlləşmiş vəziyyətdə oturardı ki, sanki ömrü-boyu bir kəlmə söz danışmayıb, indi də  danışmayacaq. Lakin onu tanıyanlar, ona bələd olanlar məclisin səviyyəsini qaldırmaq üçün Xudu müəllimi söhbətə qoşmaq istəyirdilər və  qoşurdular da. Xudu müəllim gözəl bioloq, kimyaçı alim, ədəbiyyat tənqidçisi, çox tələbkar oxucu, mahir sənət bilicisi idi; onunla həmsöhbət olan kəs daxilən zənginləşirdi, ən müşkül düyünləri açmağı öyrənirdi. Yadımdadır, 1973-cü ilin əvvəllərində «Ədəbiyyat və incəsənət» qəzetində biz onun «Qoşa qanad» adlı elmi-publisist yazısını çap elədik. Mən onda qəzetdə baş redaktorun müavini idim. Bu dəyərli yazının qəzetdə çapının təşəbbüskarı mən olmuşdum. Onu, necə deyərlər, Xududan sətir-sətir qoparmışdım. Sonra «Qoşa-qanad»ı hansı nəşriyyatsa kitabça şəklində çap elədi. «Qoşa qanad» – bu qanadın biri sənət, o biri elmdir. Xudunun təbirincə, cəmiyyəti gələcəyə aparan qüvvə bu  iki qanaddır.  Qanadların hər ikisi eyni gücə, eyni «səlahiyyətə»  malikdir.  Həmin ilin yayını təxminən  bir ay Xudu ilə Şuşada istirahət elədik.  Hərdən onunla piyada Şuşa ətrafı  qayalıqlara çıxardıq, bəzən gəzintimiz səhərdən axşamacan çəkərdi.  Xudu təbiəti elə gözəl oxuyurdu ki,  elə bil hər şeyi öz əli ilə qoymuşdu.  Bir dəfə dedi:  bilirsənmi, bu külək nədir? – Özü də cavab verdi: – külək təbiətin latın dilidir.  Bütün bu ətraf mühit – fauna və flora bu dili  mükəmməl bilir.  Külək bir növ xəbər dünyasıdır.  Onun xəbərdarlığı olmasa, təbiət nizamını saxlaya bilməz, nizam olmayan yerdə də nə cəmiyyətin yaşaması mümkündür, nə də təbiətin.
Sonralar bir dəfə də İstisuda  onunla bir vaxtda  istirahət edirdik.  İstisuda mən  «İlhamım» adlı  bir şer yazmışdım.  Şerin bir bəndi belədir:

Şimşək qanadına qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar,
Görüm ayılmaya gec ayılanlar,
Qayalar qırımlı, daşlar döyənək,
Sən kimə gərəksən, mən kimə gərək?

«Görüm, ayılmaya gec ayılanlar» misrası çox xoşuna gəldi. Sonralar mənə deyərdi: Şeri tənqid eləyə bilmirəm - sən yazmısan, tərifləyə də bilmirəm - mənə yazmısan.
Xudu Məmmədovla dəfələrlə rəsmi və ya qeyri-rəsmi  məclislərdə olmuşam. Qəlbimdə  o böyük  insan haqqında o qədər xoş xatirələr var ki, bunları nə vaxtsa kağıza köçürəcəyəmg

                                                                                          1997


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws