|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
CEYRANI HÜRKÜTMƏK HÜNƏR İŞ DEYİL

Təbiətin bu incə, hürkək canlısını didərgin salmaq üçün böyük «istedad sahibi» olmaq gərək deyil. Qəfil bir güllə səsi, güllə səsi nədir, qoruğun yaxınında bircə hənirti bəsdir ki, gözətçi ceyranın qulaqları alsın onu, beləliklə, göz qırpımında böyük ceyran sürüsü perikib yoxa çıxsıng
Ceyrana qalib gəlmək üçün dişi qanlı canavar olmağa da ehtiyac yoxdur. Girəvə düşəndə bir yoluq çaqqal da onunla hesab apara bilir. Çətinlik ondadır ki, qoruqla qonşu olan rayonların təsərrüfatları bəzən çox «incə taktika» ilə qoyun sürülərini qoruğun ərazisinə yeridir. Qoruqda binə salır və təbii ki, heç bir silahı olmayan, yalnız ayaqlarına güvənən ceyran pərən-pərən düşür, yorulur, mənzili də daralır. Ceyran örüşü zəbt olunur. Hardasa  bir səs insanları mərhəmətə çağırır: «Ovçu, insaf elə, keçmə bu düzdəng»
Əgər vəziyyət belə davam edərsə, heç kəsi insafa çağırmağa ehtiyac olmayacaq. Çünki artıq hamı «Əlvida, ceyran!» mahnısını oxuyacaq. Şirvan Dövlət Qoruğunun  «istila» edilməsinə qarşı qoruğun direktorunun harayını hamıdan tez eşidən «Aydınlıq» qəzeti yazır:
«Qoruğun direktoru Elman Hacıyev respublika prezidentinə, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədrinə, respublikanın Baş prokuroruna, respublika Ali Sovetinin sədrinə teleqramlar vurub, kömək istəyib. Arif Mansurov müxtəlif instansiyalarla əlaqə saxlayır».
Mən buna şahidəm: Komitənin müntəzəm mübarizə tədbirləri olmasaydı, bu nainsaflar qoruğu çoxdan bəlkə də dadib dağıtmışdılar. Çox yaxşı ki, komitənin və qoruq direktorunun həyəcanına «Həyat»  qəzeti də qoşuldu. Özü də çox ciddi narahatlıq hissi ilə. Söhbət  qəzetin 12 yanvar 1993-cü il tarixli nömrəsində çap olunan «Ceyran Şirvana da  yaraşır» adlı məqalədən gedir. Məqalə müəllifi İlham Məmmədli, yazısından aydın olduğu kimi, təbiəti oxuyan, onun dərdini duya bilən jurnalistlərdəndir. Təbiətin keşiyində dayanan belə  söz sahiblərinə «Qələminiz var olsun!»- deyirik. Burada haşiyəyə çıxıb demək istəyirəm ki, təbiətə qarşı, Allahın bərqərar elədiyi təbii mühitə qarşı hücum meyli təzə məsələ deyil; bəşəriyyətin gözləri  qarşısında bu təhər faciələr çox vaqe olub, insan adlanan məxluq da bu mənzərəni seyr edib. Sosializm quruculuğu dövründə isə bunun bariz «nümunələri»ni görmüşük. Gənc nəsil bilməz bunu, bizim nəsil, bizdən yuxarı nəsil isə «Təbiətə hücum var» başlıqlı «nəğmələri», «marşları» yaxşı xatırlayır. Beşilliklər dövründə bu «mahnı» - «Təbiətə hücum var» mahnısı çox populyar idi. Hər bəndin axırında nəqəratı xor təkrar edərdi: «Hücum var ha, hücum var». Əgər təbiətə qarşı hücumlar, ekoloji pozuntular, namərd baltaları olmasaydı, daha vicdan sahiblərinin təlaşına ehtiyac da qalmazdı. Əgər bu qırmalar, bu dağıntılar, paylaşdırmalar olmasaydı, hər şey təbiətin öz qanunları ilə idarə olunsaydı, onda qoyunlar öz örüşlərində otlayar, öz arxaclarında yatardı; ceyranlar da öz hərəkət dairələrini yaxşı bilər, qurdun hansı səmtdən hücuma keçmək istədiyini, ovçuların hansı bərədə girəvə gözlədiklərini yaxşı anlayardılar. Az-çox ağlı özündə olan adam bilir və  ya bilməlidir ki, qoruqda təkcə ceyran qorunmur; torpaq örtüyündən tutmuş bitki örtüyünəcən, bəzi nadir quşlar və hətta yaşaması zəruri olan bəzi sürünənlərə qədər fauna və flora növləri istər-istəməz qorunur. Yaxşı ki, dünyada zərifliyi, məsumluğu və gücsüzlükləri qoruyan qanunlar, «Qırmızı kitab»lar mövcuddur. Özünü qoruya bilməyən elə fauna və flora növləri də var ki, bunları yalnız din qoruyub saxlaya bilib; elə quşları, elə bitkiləri, elə heyvanları da bizim ərazidə qoruyub yaşadan qüvvə ancaq din olmuşdur. İslamın humanist qanunları ceyrana güllə atmağı böyük qəbahət və günah hesab edir, nəinki ona güllə atmaq, ona daş atmaq, onu qorxudub hürkütmək, oylağından didərgin salmaq belə, dinə, əxlaqa ziddir. Ceyranı hürkütmək çətin iş deyilg Ona  cavabdehlik çox çətindir!
15 yanvar, 1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws