|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BAXIN, GÖRÜN, UŞAQLAR...

Göy guruldayır, şimşək çaxır, yağış yağır, çay axır, quş uçur. Bunlar hamısı təbiət hadisələridir. Hamısı bizdən asılı olmadan baş verir. Başqa cür ola bilərdimi? Əlbəttə yox! Başqa cür olsaydı gördüyümüz, üstündə yaşadığımız dünya tamam başqa cür olardı. Nə şəkildə olacağını demək çətindir.
Siz necə, uşaqlar, heç ətrafınıza baxıb görməlini görə bilirsinizmi? Sadəcə baxmaqla, seyrçi nəzərlə fərqinə varmadan nəticə çıxarmaq mümkündürmü? Yox, mümkün deyil. Bunun üçün həmişə «niyə» sualı verməklə «ona görə kig» cavabını özünüzdən alın. Qulaq verin təbiətə, oxuyun təbiəti.

O gün ki, fəsli-yaz olur
Gecə-gündüz taraz olur.

Baxın, görün, uşaqlar! Görün hansı şair bunu deyib. Novruz bayramının gəlişini necə ustalıqla ifadə edir. Sonra başqa şerində fikrini daha təzə-tər, daha obrazlı, daha ahəngdar, daha oynaq və bədii şəkildə sanki gözlərimiz qarşısından asır. Mən görürəm lövhəni, o mənzərəni, yazın o gəlişini:

Gəl-gəl, a yaz günləri,
İlin əziz günləri.

O əziz gün hamımızındır. Təbiət üçün bəlkə də o günün o qədər də fərqi yoxdur. Bizə isə ulu babaların yadigarıdır. O ənənəni yaşadanlara, nəsildən-nəslə ötürənlərə eşq olsun! Bu adətlər, ənənələr, qaydalar, qəribə oyunlar – tamaşalar Vətənin adını, qürurunu mənəvi-əxlaqi keyfiyyətini müəyyən edir, onu torpaq üstündə daha möhkəm və möhtəşəm olmağa səsləyir.
Baxın, görün, duyun bunları.
Bu qədər torpaq deyirik. Bəlkə də torpaq özü də Vətəndir. Vətən təkcə torpaq deyil, torpaq isə hardasa Vətənin bir hissəsidir, Vətənə möhkəm, əbədi bağlı hissəsidir. Torpaq bünövrədir, özüldür, Vətənin dayaq nöqtəsidir. O dayaq nöqtəsi də insandır.
Sizsiniz, bizik, onlardır. «Mənlər»dir, «Sənlər»dir.
Torpağa, Vətənə yurd da deyirlər. Yurd-yuva xalqın ocağıdır. Ocağının odu, tüstüsüdür.
Bu il yurdumuzun yazı çox yerdə  bizsiz gəldi. Gəlişinin təntənəsi, təmtərağı bilinmədi. Yurdumuzun yarası bu yaz çox  ağır idi. Ancaq yara nə qədər ağır olursa-olsun onun ağrısını ömürlük çəkməyi məsləhət bilmirəm. Həyat davam edir. Gələcəyə baxmaq lazımdır. Yeni nəslin ayıq, cəsarətli, həyatsevər, yurdsevər böyüməsinə hamı can atmalıdır. Nümunə olmalıdır.
Baxın, görün, uşaqlarg baxın, həyət-bacada, yol kənarında, bağçada-parkda ağac əkən kimdir? Ən çətin ayaqda bir ağac belə əkən adam səxavətlidir, xeyirxahdır. Belə adam sabahları meşələrimizin, bağlarımızın, ümumiyyətlə, böyük yaşıl dünyamızın keşiyində duracaqg
O, eyvandan həyətə zibil tullayan, papiros kötüyü atan, ağaca çıxan quşları daşlayan, iti-pişiyi didərgin salan dəcəl çox güman ki, sabahın əli baltalısı olacaq. Belələrini hamı tanımalı, bir-birinə nişan verməlidir.
Kəndimizə, şəhərimizə, yurdumuza, nəfəsimizə bu tüstü-duman hardan gəlir? Hansı zavoddan, hansı binadan, hansı ocaqdan, hansı qərardan gəlir? Belələrinə qətiyyən güzəştə getmək olmaz.
Sevin  sənətimizi, sevin şerimizi, öyrənin tariximizi! Bir görün Nəsimi nə deyib, necə deyib:

Şərhi-bəyanə sığmazam.

Böyük  Sabir necə uca səslə oxuyubg
Bənzərəm bir qocaman dağa ki, dəryada durar.

Səməd Vurğun söyləyib:

Məni yelkən kimi qərq etsə dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var.

Bu qürura, bu ucalığa baş əyin, onunla fəxr eləyin. Baxın, görün, öyrənin, sevin uşaqlar.

mart, 1988

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws