|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Cavad   NƏCƏFOĞLU Həsən   VALEH
                                                                               
QARTAL    QAYALAR

Elə şair var ki, 8-10 kitabın müəllifidir. Həmişə də çapdan çıxmış kitabları ilə öyünür, mənəm-mənəm deyir. Lakin belələrinin yaratdığı şerlər sözün cıdır meydanında çapa bilmir, yalnız dəfələrlə deyilmişlər tutuquşu kimi təkrar olunur. Əlbəttə, zəif, mövzu baxımından bəsit şerlər ürəklərə yol tapa bilmədiyi kimi ədəbiyyatımıza da heç bir xeyir gətirmir. Fərəhli haldır ki, istedadlı şair Məmməd Arazın söz laboratoriyası zəngindir, onun yaradıcılığı dediklərimizdən tamamilə uzaqdır.
Şer kitabı şairin ömür kitabı, gün kitabıdır. Hər şerin sonundakı rəqəm adicə rəqəm deyil. Bu rəqəmlər şairin gün-gün, ay-ay, il-il nəğməyə çevrilmiş həyatıdır.
 Məmməd Arazın “Qanadlı qayalar” kitabını oxuyanda hiss etdik ki, sözümüz var, deməsək olmayacaq.
Bəli, şairin şer dünyası bizi kiçik bir kəndə apardı. Dağların döşündə yamaca lehimlənmiş balaca bir kəndə. Məmməd bu kənddə bir zaman küləklərin, sazaqların dilini öyrənmiş, burada, Gündəyəndə “xumarlanan şumlara”, “qırovlu mərzlərə”, “qırçın-qırçın biçilmiş şehli güzdəklərə” doyunca baxmışdı. O bu kənddə qayaların dilini “tərcümə” etmişdir.
                              Daş ayaqlı, daş əlli bir insan kimi
                              Enib daşdan-daşa  düşəm,
                              Qayaların lal dilini başa düşəm.
Məmmədin bir də “dördbucaq ağac dünyası” – yazı masası var. Burada Məmməd yuxulu gecəni yuxarı edir, uçurumun dibində rastlaşdığı ceyran izi xəyalında canlanır.  “Bəlkə, heyvan buranı özünə son güman yeri bilib?”, - deyə fikirləşir, izi “ovsar cığırlar”da, əksi “qayaların dumduru su çalasında” görünür. Qulağına dağ havasına qarışmış təmiz bir səs deyir. Bir nəğməlik köyrəlir:
                             Ey dəvə yol, düşdüm daha belindən,
                             Ovsar cığır, çıxdın daha əlimdən,
                             Balam çiçək, bir də öpüm telindən,
                             Salamat qal,
                             Salamat!
Poeziya təbiətin özündən yaranan, həssas duyğularla saflaşan, zənginləşən poeziyadır. Qayadan qopan daş da, yuvadan uçan qaranquş da Məmmədi bir nəğməlik köyrəldir:
                            Ocaq çırtıldayır közü dərində...
                            Axıdır gözünün yaşını çırpı.
                            Alovlar hay salıb öz dillərində
                            Özünü o daşa, bu daşa çırpır.
Fotoqraf belə bir ocağı bütün detalları ilə; hisli, qara daşları, tüstülənib alovlanan çırpısı ilə kasetə köçürə bilər. Ancaq Məmmədin poeziyasının dəyəri bunda deyil, incə və dərin mənadadır ki, bunu heç bir foto əks etdirə bilməz. Çünki ocağın qarşısında duran, düşünən, kövrələn bir kişi – bir ata görünür:
                            Gözünün yaşını qurudur səsi.
                            O, Zərdüşt babaya səcdəmi qılır?
                            Baxıram: gözündə ocağın əksi,
                            Baxıram, gözündə alov qıvrılır...
Yenə poeziyanın canına hopan duyğu saflığı, duyğu təmizliyi insanı heyrətə gətirir. Poeziyanın sübh vaxtı aydınlaşan işığında həssas bir cığır, təvazökar bir insan görünür. Biz Məmmədi harda olsa, təbiətin bir guşəsində, bir mənzərə qarşısında görürük:

                            Baxıram çay hərdən bükür boynunu.
                            Dərə boğmağamı sürüyür onu?!
Bu mənzərənin tamaşasından doymaq olmur. Adam dayanıb saatlarla baxmaq istəyir.
Məmməd, Araz şairidir. Harada olur-olsun o, Araz dili, Araz ləhcəsi ilə danışır. O, Eyfel qülləsində də Araz səsi eşidir. Gözəl mənzərələr önündə dayanıb körpəsiz analar – körpüsüz çaylar haqqında düşünür.
O, öz nəğmələrini dağ mehinin sərin nəfəsi ilə qayaların sərt sinəsinə yazıb. Bu nəğmələr zaman-zaman qayalarda əks-sədaya çevriləcək. Bu sakit qayalar qartalsız darıxanda bu nəğmələrə qulaq asacaq.
                              Burda hər zirvəni zirvə qoruyur,
                              Qartal gözləriylə baxır qayalar.
                              Eh gündə neçə yol bir qartal boyu
                              Alçalır qayalar, qalxır qayalar...
Kitabda istedadlı şairin “Əsgər qəbri haqqında ballada”, “Üç oğul anası”, “Mən də insan oldum”, “Paslı qılınc” poemaları da diqqəti cəlb edir və oxucuları razı salır.
Şair Məmməd Arazdan daha dolğun, daha sanballı “Qanadlı qayalar” gözləməyə bizim haqqımız vardır.

1974
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws