 |
|
|
ÖLÜM YAXŞILIĞI
Yamanlıqdan yaxşılığa dönümdə Bəzən asan körpü olur ölüm də.
Ölüm adlı bir "bələdçi" apardı onu, Fərqi yoxdu: hava günlü, hava buludlu. Ömrü boyu yaxşılıqdan yoxsulluğunu, Unudulmaz pisliyini hamı unutdu.
Son mənzilin son çağrışı yudu günahı, Bu məqamda nə sual ver, nə cavab istə... Qaratikan "sahibkarı", "gül-çiçək şahı" Gedən yolla o da getdi çiyinlər üstdə.
(Qəmli, dalğın baxan vardı cənazəsinə, Pis köçürsə, gərək ona bir əvəz ola. Bəd əməllər görk olmasa yer kürrəsinə Yaxşıların yaxşılığı görünməz olar).
Bu dəmlərdə bir möcüzə istəyir adam: Məzarının qapısında mərhum oyana. Görə: ölüm sağlığını çıxarıb yaddan, Pak əllərlə gedir indi torpaq qoynuna.
Son divandan qaça bilmir pislikli pislər Toz kimi də yapışsalar daşa-divara. Yer altında itib-batır qurama izlər, Meydan qalır yaxşılara, yaxşılıqlara:
Meydan qalır... meydan acı şeytan da qalır, Qara yeli yedəkləyib qapmağa hazır... Meydan yoxsa, başı açıq, ayağı yalın - Yer süpürür, cilov tutur, Üzəngi basır. Bu dünyada yamanları dəfn etmək asan, Yamanlığı dəfn eləmək çətindən çətin. Dar da qazsan, gen də qazsan, dərin də qazsan Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.
Pislik şeytan əməlidir - deyərdi babam - Yüz pisliyin darğasıdır bir namərd səsi. Pis - gövdədir, əzəl-axır yıxacaq zaman, Pislik - zoğdur; o gizlənib, o göyərməsin...
1982
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |