ƏSGƏR ANDI
Dağdan, daşdan gəlir səsim, Xatirələr yolum indi. Hünərimə keşik çəkən Nəvəm əsgər olub indi.
Avropaya ayıl deyən Səda məndim, haray məndim. Arzuları Berlinəcən Gedən Həzi, Gəray məndim.
Adsız məzar mənimkidir, Heykəl olan əsgər mənəm. Sinəsində ölməzliyi Sağ saxlayan hünər mənəm.
Əsgər andı atəş demək, Əsgər andı yürüş demək. Vətən mənə oğul dedi, - Vuruş demək, döyüş demək!
Avropaya ayıl deyən Səda məndim, haray məndim. Arzuları Berlinəcən Gedən Həzi, Gəray məndim.
1982
|
|