|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
MƏN  BİR  ZAMAN  ŞAİR  İDİM

Mən bir zaman şair idim,
Zirvələrdən zirvələrə
Şığıyan bir şahin idim.
Dağ kəlləri bərəsində
Ovçuların marığına
        şahid idim.
İlxı görüb havalanan
Göy ürgənin
        yalmanına şərid idim.
Zoğal çomaq dəyanətim,
Ala köpək hayanımdı.
Qara arxac dibindəki
Üçbucaq daş ocağım da
Ha közərir, ha yanırdı...

Çiynimdəki ala xurcun
Quzulara nənni idi.
Obaş ertə yaylımında
Ulduzları dənləyirdim.
Qırğı kimi vuran-tutan,
Qarğı kimi çəlimsizdim.
Varaqsızdım, qələmsizdim.
Bilməz idim:
        forma nədir;
Bölgü nədir;
Tənqid adlı döngə-dolay,
Tərif adlı bəlkə nədir.
Dik baxırdım dağlara dik!
İldırımlar yazmamışdı
Başəyməklik, əlöpməklik
Yazmamışdı, yapıncımın
Ətəyinə, kürəyinə, yaxasına.
Bax beləcə dağa sığan,
                  daşa sığan...
Hər ağrını, hər acını
Bir qırımla tulazlamaq
Qüvvəsinə qail idim,
Mən bir zaman şair idim...

1982

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws