|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Allahverdi  EMİNOV
BİR   ÖMRÜN  KARVANI

İstedadlı şair Məmməd İbrahimin bu yaxınlarda buraxılmış şerlər kitabı – “Ömür karvanı” qarşımızdadır. Kitabı vərəqlədikcə sanki mənalı keçən bir ömrün şer dolu səhifələrini oxuyursan. Gecə-gündüz şer-sənət eşqi ilə yanan, həyata, insanlara qırılmaz tellərlə bağlanan, həmişə narahat olan, daim sonsuz və intəhasız axtarışlarda keçən şair ömrünün səhifələrini...
“Ömür karvanı”. Şerlər kitabının adı da mənalıdır. Səmimi hisslərlə, gözəl duyğularla yazılmış həmin şerlər şairin bədii yaradıcılığa, sənətə olan məhəbbətini müəyyənləşdirmək üçün də çox maraqlıdır.
                                Bir ürəksiz başlardan
                                Bir də başsız ürəklərdən
                                Uzaq ol,
                                Poeziya, uzaq ol!
Şair Məmməd İbrahimin şerdən, bədii söz sənətindən tələbi böyükdür. Ona görə şer həyata möhkəm bağlanmalı, həyatın nəbzini tutmalı, əsrin yüksək ideallarına vaxtında cavab verməlidir.
Kitabda verilmiş bir sıra şerlərdə şairin özünə olan tələbkarlığı qabarıq şəkildə ifadə edilmişdir “Tərifdən qorxuram”, “Özümdən şikayət məktubu”, “Bəzi şairlərə” şerləri bu qəbildəndir. “Özümlə söhbət” şerində M. İbrahimi düşündürən nədir? Şair şerin daşlı-kəsəkli yoluna düşərək uzaqlara baxmaq istəyir. Görəsən, onun nəğməsi dillərə düşə biləcəkmi? O, yaxşı bilir ki, əsrin imtahanları hələ qabaqdadır:
                                 Şerim imtahandan necə çıxacaq,
                                 Əsrin küləkləri çox möhkəm əsir.
                                 Özünü ittiham, ittiham ancaq
                                 Şairin ədalət məhkəməsidir.
M. İbrahimə belə gəlir ki, şairin ömrü yaratdığı nəğmələrin ömründədir. Əsil ömür odur ki, o, nəğmələrdə yaşasın. Buna görə də şair narahatdır, həmişə axtarır, düşünür, yadda qala biləcək şerlər yaratmaq eşqi ilə yaşayır.  “Babamın səsi” şeri M. İbrahimin yeni söz demək, poetik ümumiləşdirmələr vermək bacarığına aydın misal ola bilər. “Babamın səsi”ndə biz dağ vüqarlı, gur səsli, əli qılınclı babalarımızın nərəsini eşidir, onların varisləri olmağımızla öyünürük.
Kitabda səyahətin məhsulu olan  “Bir almanla tanış oldum”, “Yaralı şir”, “Tunc atlı” şerləri də müvəffəqiyyətlidir.
Ümumiyyətlə, “Ömür karvanı” şerlər kitabı oxucunu düşündürən, ona poetik hisslər aşılayan bir əsərdir.
Oxucular şair Məmməd İbrahimdən daha sanballı sənət inciləri gözləyirlər. Şairin ən yaxşı töhfəsi urəklərə yol tapan şerlərdir. Oxucuları gözəl və mənalı yaşamağa və yaratmağa çağıran şerlər.
                                                                         
1968
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws