|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
BAĞIŞLA, DƏNİZ!

Şəninə nə qədər şer yazmışam,
Sahil qumlarına şüar yazmışam.
Zəhər içirirkən balıqlarına -
Səltənət demişəm buruqlarına.
"Meşələr sinənə köçüb" - demişəm.
"Hünər, dalğaları içib" - demişəm.
Qürurla demişəm: cilovlamışıq!
Bəs sabah, sabahla necə danışım? -
Nə deyək bu günün nəvələrinə?
Deyəkmi: qum yeyin kürü yerinə!
Deyəkmi: kimlərin qəbrini açın,
Neçə sinədəki təltifi açın,
Köpük hünərləri dirildin, çəkin!
Bir quru şahmayı, bir körpə çəki
Belə hünərlərin yüzündən baha...
Sabaha bu günün çiynindən baxan
İlhamım, qələmim ayıq deyilsə,
Bir sözüm əl deyil, ayaq deyilsə,
Boğub tapdamırsa öz günahını
Özü kəsəcəkdir öz kütahını.
Bir az gec ayıldıq, amma ayıldıq,
Çirkab nəfəsləri sudan ayırdıq.
Təmiz su axtardıq yuyaq suyunu,
Təmiz nəfəslərdə tapdıq biz onu.
Qopardıq çox şerin mismarlarını,
Atdıq sularına misralarını.
Hər quru insanı quru saxlamır,
Hər baş da ağlını duru saxlamır.
Bulanıq suları duruldan diyar,
Sözü də qurular, ağlı da yuyar...
Dəniz, bu göylüyə bağışla məni,
Bir də böyüklüyə bağışla məni!

Avqust, 1981

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws