* **
Birinci sevgini iyləyib atdın, Dər görək, bu çiçək necə çiçəkdi? Elə ki, məhəbbət bazarı açdın, Bütün məhəbbətlər köhnələcəkdir.
Dönüb baxacaqsan keçdiyin yola: Küləklər haraylı, daşlar uyğulu... Bu sevda selləri rəddini yonar Sənə layiqlinin, sənə uyğunun.
Bir də qulağında səslənməz adım, O da qurban olar ikinci eşqə. Ancaq qorxuludur sonrakı addım, Sonra ikiləşmə, İkinciləşmə...
1981
|
|