XOŞ QƏDƏMLƏR
Bu gün hisslərimin kövrək çağında Bir söz -- qığılcımdan yana bilərdim, Bu gün ürəyimin titrək çağında Biganə baxışdan dona bilərdim.
Bu gün düşüncələr ipək torunda Çəkirdi sahildən dalğaya məni. Bu xoş qədəmləri kim belə, hardan Göndərdi, qaytarıb saxlaya məni.
Saxlaya, qaytara dünyama bir də, Bezə yuxusundan məndən bəzenlər. Bu xoş qədəmlərə dönəydi belə Məni görə-görə məni gəzənlər.
Dekabr, 1971
|
|