LENİN ZİRVƏ
Biz nə qədər dahi desək, ulu desək, Ona bəşər ağlı desək, Ona günəş oğlu desək; Bu çeşidli təltiflərin hamısından, Şeriyyətlər toplusunda, Məhəbbətlər toplusunda Ali sözlü, Ülvi sözlü təriflərin hamısından O, yenə də uca durur. Elə bil o yüksəkliyi Elə yüksəklikdə dondurubdur ki, Oradan o yana ta meyarsızlıq, ölçüsüzlük ölkəsidir. Orda dahi anlayışı, dahiliyin qırıntısı, kilkəsidir. Orda o, sadəliyin, adiliyin Ən sonuncu nöqtəsidir. O sadəlik, o adilik Ucalıqdan uca olan Ali fikir zirvəsidir. O zirvədə ömürləri Dərə kimi, təpə kimi, yamac kimi görmək olur. O zirvədən həqiqəti, Ədaləti, Səadəti Yer üzünə səpələyən Qızıl qanad ildırımlar hazır durub. O zirvənin ayağında xəyanəti, cinayəti, ədavəti, dəfn eləyən sıldırımlar hazır durub. Vəsflərə sığışmayan
O sadəlik zirvəsində, O dahilik zirvəsində, O adilik zirvəsində Lenin yaşar. Əbədilik məfhumunu təsdiqləyən Əbədilik zirvəsində Lenin yaşar, öz ağlının Orbitində fikrimizi, Ağlımızı yaşadaraq. O zirvədən yolumuza günlər axar çıraq-çıraq. Günlər axar gün üzünə həsrətlərin taleyinə. Günlər axar günümüzə həsədlərin taleyinə. Lenin fikri ucalığın Bir əl çatmaz zirvəsindən Nur səpələr bu həyata. Lenin dağı qoymaz ona Təltif çata, Mədh çata, Tərif çata. Yanvar, 1969
|
|