 |
|
|
VƏSİYYƏT
Qara cilddə çap eləyin kitabımı Məndən sonra. Qara cilddə. Tünd qara. Qoy qara kağızım olsun O kitab dostlara, tanışlara. Mən o rəngi sevərdim; Boynu bükülü dərdim, Pardaxlı sevincim O rəngdə geyinərdi Mən o rəngi sevərdim. O rəngdəydi varaqlarda Fikrimin yazı geyimi... O rəngə hörmətimdir, Şəvəgözlülər, qarabuğdayılar. O rəngli kirpiklərin kölgəsində Əksim yaşardı. O rəngin bir ev dolusunda Vəslim yaşardı. O rəngin ən durusu, Safıdır Məni oxşayan ağılar. Qızlarımın gözündə O rəngin özü ağlar. Qara cilddə çap eləyin kitabımı, Məndən sonra Tünd qara. Fəqət soy -- adımı Süd rəngiylə həkk edin ora. Daha nə deyim, Qoy mən Qara torpaq üstündə Üfüqə doğru gedən Ağ yola bənzəyim.
Bakı, fevral 1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |