 |
|
|
BAHAR GƏLİB
Bahar gəlib yurdumuza. Sular dilli, Çöllər güləş, Göylər qızıl. Təbiətin nur xonçalı, Gül qonçalı Gəlin qızı -- Bahar gəlib. Duyğulara səhər yeli -- Bahar gəlib. Səhərlərə duyğu seli -- Bahar gəlib. Zirvələrin ağ donunun Saplarını çəkən bahar. Buludların ətəyini Üfüqlərin dağ çiyninə tikən bahar. Quzulamış ömürləri Mehvərindən sökən bahar. Yer üzünə yaşıl toxum əkən bahar. Elə bil ki, qəlbimizdə Fikirlər də, Sevinclər də, Gülüşlər də yaşıl donlu. Yaşıl ağac yanındakı, Yaşıl yamac yanındakı Açıq, Gizli Görüşlər də yaşıl donlu. Budaqlarda topa quşlar, Yaxınlarda, uzaqlarda Topa quşlar -- Uçan nəğmə topaları. Dərələrin boğazında Bir-birini Qucan nəğmə topaları. Yeni-yeni təməl daşlı Ağ binalar -- Şəhərimin göbələyi. Körpələrin qəhqəhəsi Bağ-bağatın kəpənəyi. Kür kükrəyir, Araz axır -- Düzlərimin nur zolağı. Göllərimdən günəş doğur, Çöllərimə günəş yağır. Elə bil ki, böyüyərək Muğan olur günəş boyda. Elə bil ki, kiçiklərək Günəş olur Muğan boyda. Azərbaycan torpağı da cahan boyda. Bahar gəlib. Yer üzünün hələ gizli sazağı var. Hələ vəhşi dərələrin Həqiqəti xortumlayıb Udmağı var. Bahar gəlib Zülmətlərə, Sazaqlara qənim bahar. Gözəlliyə yasaqlara qənim bahar. Yer üzünə Əbədilik səpiləsi Yaşıl, mavi dənim bahar. 1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |