 |
|
|
DUMAN ÖMRÜ
Ölüm istəyirəm. Qəfil bir ölüm. Bir kibrit ölümü. Barıt ölümü. Bir anda bir ovuc dumana dönüm, İstədiyim səmtə tutum yönümü.
Görüm, hər qonanda dağlar qaşına, O dağdan, o çəndən necə yazmışam. Görüm, hər enəndə bulaq başına, Çiçəkdən, çəməndən necə yazmışam.
Görüm dumanlara qoşula bilmək, Ayrılıb didərgin olmaq, necədir. İstəksiz dərədən daşına bilmək, İstəksiz dərəyə dolmaq, necədir.
Görüm bir necədir yerlərə hopub, Vətən torpağının şehinə dönmək. Kiçik bir qayanın döşündə qopub Böyük bir dünyanın mehinə dönmək.
Görüm, hər tutanda kəndi, şəhəri Fatehlər bu dəmdə nə görüb axı. Nənəmin Allahı min ildən bəri Nənəmin yurduna nə verib axı! Eh, xoşbəxt olardım onda necə də -- Araza baş qoyub yata bilərdim. Davasız, tüfəngsiz bircə gecədə Sahili sahilə çata bilərdim.
Qorxmazdım diplomat notalarından, Barışlar, sazişlər gəlməzdi yada. Qəfil tufanımdan, qəfil qarımdan Paylardım bir azca adamlara da.
Bəli duman olum. Duman. Bir çəngə. Mənim öz yağışım, Öz qarım olsun. İstədiyim yerə yükümü çəkən Hökmüm, ixtiyarım, qərarım olsun.
Birinin düzündə çiçək bitirən, Birinin gözündə bitən olmayım. Seyrək dumanları qovan, itirən, Qalın dumanlarda itən olmayım.
Mənim sərhəddimdən dalğası keçən Yaman fikirləri daş edə bilim. Namərd qılıncının qabağında mən Qara kötükləri baş edə bilim.
Nə qədər yol getdim fikirlər ilə, Hələ mənzilimin uzağı qalıb. Üfüqlər dalında nə qədər hələ Arzumun əlləri uzalı qalıb. 1967
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |