 |
|
|
QOCA
Əkdiyi çiçəklər göyərir hər bahar gələndə, Sancdığı tənəklər göyərir hər bahar gələndə Elə bil o keçən arzular, Diləklər göyərir hər bahar gələndə. Uşaqlıq qayıdır, dodağı Dolu bir sevinclə, gülüşlə. Cavanlıq qayıdır, torpağı Titrədən qürurlu yerişlə. O sanki yenidən doğulur hər bahar gələndə. Torpağı qızdıran havalar gələndə. Qıçları titrəyə-titrəyə Tələsir bağçaya. Əl atır külüngə, vedrəyə, Tələsir bağçaya. Deyirsən kəsilsə ayağı Təbiət günəşi kəsəcək; Çiçəklər körpə tək ağlayıb, Ağaclar qocadan küsəcək. Geciksə, nəğməsiz qalacaq Təzəcə dil açan yarpaqar. Geciksə, yarışil olacaq Cərrahı gözləyən budaqlar. Harada itirsən onu sən Bir ağac dibində yenə gəz. İşini az bilməz alimdən, Yerini nazirlə dəyişməz. Qocaya “nə yaman qocalıb” deyənlər tapılır. “Az işlə, ömrünə az qalıb” deyənlər tapılır. Onsuz da öləcək, bilir o, Başını bulayıb gülür o: Bəs işsiz, bir qara daş kimi... Bu ağır bir ölüm deyilmi? Biz gedək, bizimlə dünyanın İşığı keçəsi deyildir. Əlindən yapışıb insanın Həyat ki, köçəsi deyildir. Şərt odur köçəndə göstərək Bir ömrün tutduğu yeri biz. Ən təzə binadan düşən bir Kərpic tək bilinsin yerimiz.
Oktyabr 1965
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |