 |
|
|
PƏNCƏRƏM ÖNÜNDƏ EV
Pəncərəmin qarşısında bir ev quruldu; Pəncərəmin önündə bir ayna qırıldı. Ləpəvari təpələri, Təpəvari ləpələri, Xəyalımdan üfüqlərə Şaxələnən meridianı itirdim mən. Təkliyimə həmdən olan Bir dünyanı itirdim mən. Buludlara, raketlərə dolanıb gedən, Aya, Marsa, Veneraya uzanıb gedən; Neçə bürcü bir-birinə calayan, tikən Fikrimin işıq sapı Qırıldı. Qırığını hardan tapım? Hər baxanda, Baxışlarım təyyarə tək Buludlarda dolaşardı. Kirpiklərim dan yerinin Al rənginə bulaşardı. Bir gün yenə fikirdəydim, Birdən fikrin aynasına Səyriyən bir işıq dəydi. Gördüm bina işıqlandı, İşıqlandı xəyalım da, Baxışım da, otağım da. Təbəssümə döndü o dəm Giley adlı Buz kəlmələr dodağımda. Balkonlara qızlar çıxdı. Gülüşlərdən gül əkildi. Çiyinlərdən məhəccərə Neçə qara çay töküldü. Neçə-neçə uşaq səsi, Neçə şahmat düşüncəsi, Nərd çağrışı Boylandı hər pəncərədən. Tarıma da Qonşu bir tar gəldi deyən... Bu minvalla Dəniz döndü, Üfüq döndü, Səma döndü, Fəza döndü. Niyyətimdə bəd fikirlər, Təəssüflər donub tamam Buza döndü... 1963
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |