 |
|
|
İLK EŞQİM, İLK ƏSƏRİM
Əsərimi bitirmişəm, Gəlin gedək evimə siz. Onu həmdəm gətirmişəm, Bəsdir tənha dediyiniz! Onun özü yoxdur artıq... Yadımdadır nişanlandıq, Üç gün ötdü dava düşdü... O, heç bizə gəlməmişdi; Gəlməyəcək heç bir zaman! Taleyimə, bəxtimə bax -- O ilk dəfə qapımızdan Heykəl kimi girdi ancaq. Heykəl dedim! İnsan kimi Gülür gözü səhər-axşam. Mən sevirəm, mən eşqimin Heykəlini yaratmışam! Torpaq üstə daşa dönən Bir insana can vermişəm. Qanı donan qəlbinə mən Öz qəlbimdən qan vermişəm. Dili yoxdur, sual versən Baxışları danışacaq. Gözlərində: “Dirilsəm mən Vətən yenə: öl söyləsə -- Yenə ölləm, yaşa, Vətən! Kəlmələri alışacaq. Bir an onsuz deyib gülsəm, Tez tökər qaşqabağını, Gündə yüz yol isidirəm Onun soyuq dodağını. Gözlərimdə yaş olarsa, Gözü nəmli görünər o. Bir gün evdə tək qalarsa, O gün qəmli görünər o. Mən adi bir heykəltəraş, Qələmim -- əl, vərəqim -- daş... Deməyin ki, biganəsən Sən məhəbbət dünyasına. Məhəbbətlə ilk dəfə mən Gəldim sənət dünyasına. Danışmağa gəlmir dilim, Qəlbimə od doldu mənim; Nakam ölən ilk sevgilim İlk əsərim oldu mənim...
1961
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |