DOSTLUQDAN YAZIRAM...
- Bilirsən, təzə bir əsər yazıram, Eh, nələr düşünüb, nələr yazıram...
Hər sözü incidir, hər sözü haqdır, Adamı göylərə qaldıracaqdır. Həyatı mənim tək duyanlar gərək! Dostluqdan yazıram... nə olur... görək... “Dostluqdan...” dedikdə danışmadım mən, Onun öz aləmi keçdi gözümdən: “Ömründə heç kimə dost olmayan kəs Hansı bir dostluqdan əsər yazır bəs?”
1960
|
|