|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
MƏMMƏD  ARAZ  VƏ  ANA  DİLİ

Ümumiyyətlə, şer mənsub olduğu xalqın dilinin ən fəal daşıyıcısı və keşikçisidir. Eyni zamanda, şer canlı xalq danışıq dili fondunun etibarlı xəzinəsi və salnaməsidir. Bundan başqa, ana dilinin müasir imkanları da poeziya dilində özünün real vəziyyətini təcəssüm etdirir. Bütün bunlar bir çox görkəmli Azərbaycan şairlərinin, o cümlədən Xalq Şairi Məmməd Arazın şerləri ilə bir daha təsdiq olunur.
Məmməd Araz bədii sözə yüksək qiymət vermiş, onun funksiyasını dəqiq müəyyənləşdirmişdir. Şairin fikrincə, bədii söz “qılınc çəkmək və könül almaq” üçün ən münasib vasitədir. Şair düz sözü dünyada  “hər şeydən baha” olan mənəvi sərvət hesab edir. Məmməd Araza görə, “söz gülləsi” ağrısı görünən, özü görünməyən qeyri-adi silahdır. O, satirik poeziyamızın bayraqdarı M.Ə. Sabiri “sözü qurğuşun” xislətli bir şair kimi dəyərləndirir. Məmməd Araz söz-sənət meydanında özünü Şah İsmayıl Xətainin varisi hesab edir.
Xətainin qılıncını suvardım –
Məmməd Araz karandaşı göyərdi.
Azərbaycan bədii dilinin tarixi ənənələri və müasirlik imkanları Məmməd Arazın yozumunda özünün münasib elmi şərhini tapmışdır: “Bu dil hamının başa düşəcəyi, hamının danışmağa qadir ola bilmədiyi yüksək bədii-obrazlı dildir... Bu dil küləklərin, suların, səsi çox çətin eşidilən ulduzların belə dilini öyrənməyə qabildir”.  Şair M.P. Vaqifə, Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Səməd Vurğuna, Rəsul Rzaya ana dilimizi daxili imkanlar, gözəgörünməz qatlar hesabına cilalayıb inkişaf etdirən novator sənətkarlar kimi qiymət vermişdir. O, bədii dilə münasibətdə müasirlərindən Əli Kərimin və Fikrət Sadığın yaradıcılığını xüsusilə fərqləndirmişdir. Şair bu fikirdədir ki, “söz müqəddəsdir, sözlə zarafat etmək olmaz”:
Bu sözdü, dərddi-qəhərdi,
Sonu işıqdı, səhərdi,
Atdı, cilovdu, yəhərdi
Sözlə zarafat eləmə.
Məmməd Araz qələmə özünün “söz qardaşı” kimi baxır. O, qələmin müqəddəs vəzifəsini “Silah bazaları üzərində ondan da uca söz bazası tikməkdə” görür. Şairin fikrincə, bəşəriyyətin gücü qılıncda, silahda yox, sözdə əksini tapmalıdır. Söz – təkcə ürəyə deyil, dünyaya qapıdır. Bəşəri söz milli funksiyanı yerinə yetirəndə ana dilinə çevrilir. Məmməd Arazın qənaətinə görə “hər millətin ana dili dodağında gülməlidir”.
Xalq Şairi Məmməd Arazın söz və ana dili haqqındakı fikirləri ilk növbədə onun öz poeziyasında əksini tapmışdır. Məmməd Araz sənəti ana dilimizin şeriyyət imkanlarının barometridir.

2001

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws