|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Əlibala   SƏBUHİ

ADI  ARAZ -- ÜNVANI  VƏTƏN

Sağlığında hər şairə nəsib olmayıb ululaşmaq, dahiləşmək, sözün həqiqi mənasında şairləşmək.
Şeyx Nizamidən, Mövlanə Füzulidən, “Allah” dərginə varan, “İblis” vahiməsini sındıran Caviddən Məmməd Araza qədər olan zaman məsafəsi yaxınlaşdıqca, şairlik ərki, şairlik təmənnası artan beş-üç şairdən biri də məhz sıradan adı sonuncu, sağ ikən hər kəlməsi atalar sözü qədər yaddaşlara yazılan şair Məmməd Arazdır.
Az adam tanıyırıq şairin özü kimi, “Buyruqlara sığışmaya...”, “Çox qanadlar yorub sala...”, “Ulduzlara barmaq silkib daş ata...”, həm də “Nizamlara baş əyməyə... “ və ölümün gözünə dik baxa! Nə isə...
Hər oxucu, hər yazan, hər vətəndaş və nəhayət hər insan qəlbində M. Araz sözünün bir hikməti, bir mənası canlanır. Və kəlmə-kəlmə, bənd-bənd, misra-misra, kitab-kitab ömrümüzə daxil olan M. Araz yaradıcılığı həyatımızın yol göstərəninə - dan ulduzuna çevrilir. Bu yazının adı da M. Araz yaradıcılığından bir yarpaq, bir səhifədir. Vətən qayalarını, vətən daşlarını gəzib, onlarda dağ kəli və ya kəklik kimi iz qoymayan, onun mamırlı parçalarında xına qızartmayan kəs anlamaz belə səhifələrin hikmətini.
Yaxın zamandır. Yəqin ki, heç kəs unutmaz Vətən yaralarının qövr elədiyini. Müqəddəs Qarabağ torpaqlarını mənfur erməni köpəklərindən qorumağa yollanan “Biləklərində Kür gəzdirən oğullar” məhz M. Arazın həmin şerini başları üzərində bayrağa çevirmişdilər.
Mövlanə Füzulinin “Edəmən tərki, Füzuli, səri kuyin yarın, Vətənimdir, Vətənimdir, Vətənim...” kəlamlarından sonra adama elə gəlir ki, M. Araz  “Bu torpaqsız harda, nə vaxt, nə dərdim, Xəzanımdır, xəzanımdır, xəzanım...” deməliymiş. Və bu gün xalqımızın qədirbilən övladları da o kəlmələrdən güc alıb müqəddəs torpaqlarımızın müdafiəsinə yollanmalıydı.
O sözlər hər birimizin daxili “mən”ini səsləyir, haraylayır. Anladır ki, Vətənsiz nə varsa xəzandır. Sellərə, tufanlara qərq olub, zamanın yoxluq girdabında əriyəcək. Deməli, lazım gələn anda vətən yolunda qeyrət “xərcləməsək” yerində, yerimizdə, yurdumuzda heç nə qalmayacaq, qalmışları “ha çevirib, ha sanaq” da.
Hayana üz çevirsək, hayana üz tutsaq da yenə M. Araz əriş-arğacından, ilməsindən keçib düzləri, çəmənləri, dənizləri, çayları dolaşıb belə bir qənaətə gəlirik: “İndən belə qayalara salacağam mehrimi”. Ona görə qayalarla mehrlənməliyik ki, dönməzlik, sınmazlıq, əyilməzlik, sərtlik rəmzidir qayalar. Kim istəməz dostu, sirdaşı, ülfət bağladığı, mehr saldığı kəs qaya kimi əyilməz və vüqarlı olsun.
Durna gözlü bulaqlar da, qıjov axan dağ çayları da, dəli kəhər kimi qəfil kükrəyən sel də dağ döşündən, qaya dibindən qaynayır, başlanğıc götürür. Neçə könülə duruluq gətirir, neçə-neçə düzə, ormana can verir, neçə selab, neçə dərə qıylayır. Təbiəti beləcə dəyişir və onun parçası, zərrəsi olan insana yeni ruh, yeni nəfəs gətirir. “Vətən mənə oğul desə, nə dərdim!”... gəlin görək, vətən hamıya oğul deyirmi? – Və ya əksinə, hamı vətənə oğul ola bilərmi?  Əlbəttə, yox. Çox heyif ki, belədir. Əgər belə olmasaydı bu gün müqəddəs torpaqlarımızın 20 faizindən çoxu düşmən tapdağı altında qalardımı? Şah Xətai, Giziroğlu Mustafa bəy, xan Eyvaz harayı yaddan çıxardımı? Yox, min dəfə yox...
“Əyilməz ata adı saxlamayanlar”, “Vicdanını ovuclara sağanlar”, qara niyyətli və xəbis ürəklilər, Vətənə oğul ola bilməyənlər Vətənin də oğul demədikləridir ki, onlar “mamır olub” – vətənin “qayasında bitə” bilməzlər...
M. Araz divanında danışası olsaydım SON SÖZ yerinə  deyərdim:
            Könül sızlar, ürək xəstə,
            Ötər nəğməm min sim üstə.
            Bülbül kimi dar qəfəsdə,
            Qalıb, inildər-inildər.

1998

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws