|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
AZƏRYAR

POEZİYAMIZIN    MÜDRİK   USTADI.

Incə, lirik söz ustası, filosof, psixoloq, insan qəlbinin bilicisi, nəhayət, Odlar yurdunun həqiqi şair - vətəndaşı... Bütün  bu epitetləri 60 illiyini yaxın günlərdə qeyd edəcəyimiz Məmməd Araza şamil etmək olar. Məmməd Araz poeziyası təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda belə tanınır, sevilə-sevilə oxunur. Məhz bu ümumxalq məhəbbəti onun pərəstişkarlarını  Opera və Balet Teatrında  Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən keçirilən Məmməd Araz poeziyası gecəsinə gətirmişdi.
Yubiley gecəsində bu sənət ocağının salonunda iynə atsaydın yerə düşməzdi. Gecəni respublika Elmlər Akademiyasının akademiki Bəkir Nəbiyev açaraq sevimli şairin yaradıcılığından danışmışdır.
Cahangir Cahangirovun məşhur “Füzuli” kantatası  tamaşıçılarla Məmməd Arazın fəlsəfi və lirik obrazlar dünyasına bir körpü saldı. Çıxış edən həmkarları – Tofiq Mahmud, Musa Yaqub Məmməd Araz poeziyasının qeyri-adi gücündən, onun təravətindən söhbət açdılar.
20-dən çox poetik kitabın müəllifi “Azərbaycan təbiəti” jurnalının dəyişməz redaktoru Məmməd Araz yurdumuzun təbiətini, onun heyranedici gözəlliyini yorulmadan tərənnüm etmişdir. Məhz təbiətdən güc toplayaraq, bir-birinin ardınca gözəl sənət əsərlərini yaratmışdır. Doğma diyarın gələcəyinə böyük inam şair üçün həmişə başlıca mövzu olmuşdur. “Bu dünya düzəlmir, baba, düzəlmir...” misraları indi sözün həqiqi mənasında zərbül-məsələ çevrilmişdir. Onun bu yaxınlarda çapdan çıxmış yeni kitabı da elə bu fəlsəfi sözlərlə adlandırılmışdır...
Əllinci illərdə poeziyaya gəlmiş nəslinin başladığı yolu Məmməd Araz müvəffəqiyyətlə davam etdirir. Şair sanki insanı daxilən görür, onun düşüncələrini “oxuyur”, hiss olunmadan səninlə həmsöhbətə çevrilir. Həqiqətən, ən çətin və çıxılmaz anlarda Məmməd Araz poeziyası oxucuya həyat eşqi aşılayır.
Onun şerlərinə həm də gözəl mahnılar bəstələnmişdir. Bu mahnıları həyəcansız dinləmək mümkün deyil. Gecədə həmin mahnılar, eləcə də məşhur “Dünya sənin, dünya mənim...” mahnısı səsləndi. Gənc bəstəkar Rauf Məmmədovun şairin sözlərinə bəstələdiyi “İnan istiqlala gedən yola” mahnısı da yaddaşlarda silinməz iz buraxdı.

1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws