|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Hidayət  EL VÜSAL

 HAQQIN VAR,  MƏMMƏD  ƏMİ

Haqqın var, Məmməd Araz!
Sənin şerlərini ana südü kimi içib yanğımızı söndürmüşük. Şirin ləhcəni, ağlagəlməz, əlçatmaz, ünyetməz misralarını bağrımıza basıb azərbaycanlılaşmışıq.  
Bir dəfə filarmoniyadakı şer gecələrinin birində əllərin, sözlərin əsə-əsə şer oxudun. Məni qəhər buğdu. Gecədən sonra dostlarıma dedim:
-- Az qala ağlamışdım.
Məni qınadılar:
- Az qala? Sənin ürəyin daşdan imiş. Biz suya dönmüşdük.
Elə həmin gecə istedadlı aktyorumuz  İlham elə həyəcanlandı ki, şerin bir bəndini unutdu. Zalda oturanlar misraları onun dilindən alıb xorla əzbər söylədilər. gecənin aparıcısı, mərhum Aydın Məmmədov dedi:
 - Gördünüzmü nə baş verdi? Bir gün gələcək, indicə baş verən hadisə əfsanə kimi dillərdə gəzəcək...
Sənin xalq şairliyin təsdiq olundu, Məmməd əmi.
            Ana vətən hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır.
            Kimi sənin çiynində, sən kiminin,
            Şöhrətini yaşadan az yaşayır...
Sən Vətənin çiynində deyilsən, Məmməd Araz, Vətən dərdi, Araz dərdi, millət dərdi... sənin çiynindədi. Ay evin tikilsin, bu güc, bu qüdrət hardandı səndə? Hardandı bu müdriklik, bu fəlsəfə, bu həqiqət:
            ...Eşidirsən, pıçıldayır yıxılan, duran,
            Dünya sənin,
                dünya mənim
            dünya heç kimin...
İllər boyu, haqq yolu göstərdiklərin haqqını qamarladılar. Dinmədin. Zorla orden, medal, ad-san qoparan oldu. Dinmədin. Başını aşağı salıb şer yaratdın, sənət yaratdın – Məmməd Araz şeri, Məmməd Araz sənəti.
Şerlərin Araz boyu həsrət-həsrət sıralanıb. “Şəhriyar gəlmədi” dedin. Şerlərdə görüşdünüz, misralarda ağladınız.
Nə deyim, nə yazım, Məmməd əmi? Nə yazım ki, bircə misranın kölgəsində qalmasın. Qorxuram!  Təbindən, misralarından, Məmməd Arazlılığından qorxuram. Vallah qorxmasaydım, mən də şer yazacaqdım, adımı şair qoyacaqdım. Səni gördüm, səni oxudum, dizlərim əsdi. Anladım ki, şairlik – peyğəmbərlikdir.
“Səhər” səni təbrik edir, Məmməd əmi. Nə yaxşı ki, bu dünyada Məmməd Araz yaşayır. Nə yaxşı ki, bu xalqın Məmməd Araz kimi xalq şairi var...
Bu adı daşımağa, əbədi yaşamağa haqqın var, Məmməd Araz!

1991
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws