|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Esmira  FUAD

DÜNYA  SƏNİN,  DÜNYA  MƏNİM

Azərbaycanımıza şairlər yurdu, şairlər məskəni deyirlər. Bu yurd çox şairlər, çox yazarlar yetirib, onların hərəsi də canı qədər sevdiyi Odlar diyarını öz təblərinə uyğun poetik dillə vəsf edib, ana yurdun gözəlliklərini nəzmə çəkib... Hərəsi də özünəməxsus obrazlı dillə danışıb əsrarəngiz gözəlliklər məskəni ilə... Amma onların heç biri  “dünyaya Azərbaycanın gözü ilə”  baxaraq Məmməd Araz kimi onu qayaların döşündə bitən dağçiçəyinə, çiçəklərin içində qayaya bənzətməyiblər.  
Bu poetik misraların müəllifi Azərbaycansız özünü heç kimsə, heç nəsə sayan, Odlar yurduna sevdalı, dövrümüzün canlı klassiki Məmməd Arazdır.
            Sən olmasan, bu dünyada
                                          nəyəm, kiməm?
            Sən olmasan soysuz ata,
            Sən olmasan bir yetiməm.
            Sən əzabım, sən havarım,
            Sən fırtınam, sən avarım...
            Ya səninlə bu sevdanın
            Dalğasında batasıyam.
            Ya səninlə öz arzumun
            Sahilinə çatasıyam...
Müqəddəs sevgidir, pərəstişə layiq, bəşəri sevgidir, deyilmi?
Hər misrasında, hər bəndində sevgi dərsi verir, vətənə məhəbbət dərsi deyir bizlərə... Vətəni istəmək, sevmək azdır, ona sevdalanmaq, ondan ayrı düşdükdə dəli həsrətdən yanıb-yaxılmaq, ona ilahi, qarşısıalınmaz sevgi duymaq gərəkdir deyir bizim iç dünyamızın şairi, hər yeni şeri ilə onu sevənləri “varından yox edən” Məmməd Araz... Bizlər, Məmməd Araz şerinin vurğunları onun bu böyük sevgisinə hansı əməlimizlə cavab verir, Vətən dərdinə şərik oluruq?!
26 noyabr 2003-cü ildə milli təəssübkeş ziyalılarımızı özündə birləşdirən bir neçə qurum böyük şairimizə sonsuz sevgilərinin təzahürü olaraq dəyirmi masa keçirmişlər.
Dəyirmi masada Elxan Qaraxanlı, Nadir Əliyev, Rasim Qaraca, Çingiz Bayramov, Yazıçılar Birliyi adından Ədalət Əsgəroğlu, tənqidçi Vaqif Yusifli, jurnalistlərdən Flora Xəlilzadə, Aqil Abbas, Rəşad Məcid və başqaları çıxış edərək dedilər ki, Məmməd Araz XX əsr Azərbaycan poeziyasının inkişafında mühüm yer tutan, xalqımızın kiçikdən böyüyə, ən ucqar dağ kəndində belə yaxşı tanıdığı, əsərlərini əzbər bildiyi, sevilən bir şairdir. Onun orduları səfərbərliyə səsləyən, torpaqlarımızı azad etməyə çağıran vətənpərvərlik ruhunda yazılmış şerləri XX yüzil Azərbaycan poeziyasının ən yaddaqalan nümunələri kimi bu gün də, sabah da ədəbiyyatımızın ən qiymətli sərvətləri olaraq qalacaqdır.
Şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı orta məktəb dərsliklərinə  M. Arazın “Atamın kitabı” poemasının salınması, “Azərbaycan” nəşriyyatının  direktoru Nazim İbrahimov isə şairin əsərlərinin latın qrafikasında nəşr olunması təkliflərini irəli sürdülər və göstərdilər ki, gənc nəslin M. Arazın vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərinə böyük ehtiyacı vardır.
Bütün yaradıcılığı boyu M. Araz bizə “vətən daşı” olmağı, bütün məqamlarda “Vətən” deməyi, sınmamağı, əyilməməyi öyrədib, vətəndaşlıq dərsi keçib...
Gərək Vətəni M. Araz səviyyəsində, M. Araz zirvəsindən sevəsən ki, bu vətənin qayalarının ağladığını, dağların öz sakinlərinin həsrətindən hönkürdüyünü görəsən, duyasan, hiss edəsən. Gərək bu Vətəni Məmməd Araz səviyyəsində sevəsən ki, onun daşı ola bilməkdən başqa umacağın olmasın... Vətəni, Azərbaycanı sevmək naminə yaşayasan:
            Yazmışam hər şeyi könül naməmə,
            Bircə bu günahım bağışlanacaq.
            Neylədim – Vətəni sevmək naminə,
            Ucaltmaq naminə elədim ancaq.

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws