|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Asif   TALIBOĞLU

MƏMMƏD  ARAZ  NURUNDAN  İLHAM
ALAN   İGİDLƏR

Qarşımda bir kitab var. Sanbalına, ağırlığına baxıb əlimə götürə bilmədim. Çünki həmin kitabın üz qabığında  bütün Azərbaycanın sevimli şairi Məmməd Arazın azman bir şəkli var. Qorxdum ki, gücüm çatmaya, əllərim əsə-əsə, ustub-ustub yaxınlaşdım bu kitaba, ehtiyatla vərəqləməyə başladım. Xatirələr məni uzaqlara, lap uzaqlara apardı...
Və sinəsinə çalın-çarpaz dağ çəkilmiş Qarabağın əsər-əlamət qalmamış əsrarəngiz gözəlliyinə divan tutmuş ermənilərlə üz-üzə, göz-gözə dayanmış oğulların pəhləvan cüssəsi xəyalımda canlandı.
Bu canlanmanın, bu izdihamın arasında azman şairimizi görəndə ürəyim dağa döndü. əlimi qaldırıb uca göylərə, Tanrıdan ona uzun ömür, cansağlığı dilədim. Həsrətini çəkdiyim yurd-yuvamıza can atan ruhuma sərin su çiləndi...
Əynində əsgər paltarı döyüş bölgələrini qarış-qarış gəzən, şerləri ilə döyüşçülərimizi  ruhlandıran şair-döyüşçü Abdulla Qurbaninin “Məmməd Araz üç gün döyüş bölgəsində”  kitabı ilə ilk tanışlıq məndə bax beləcə xoş ovqat yaratdı, təsəlli verdi, dərdimi yüngülləşdirdi.
Bu nəfis şəkildə tərtib edilmiş kitabı oxuyan hər bir adamın ruhən saflaşacağına, Vətən, torpaq təəssübkeşliyinin artacağına əminəm və tarixin iki anını, həm Məmməd Araz böyüklüyünü, həm də əsgər sevincini “Məmməd Araz üç gün döyüş bölgəsində” kitabında yaşayan Abdulla Qurbaniyə “sağ ol, şair” deyirəm. Qoy Azərbaycan sənin kimi oğulların çiynində əbədi qərar tutsun. “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” – deyib, Tanrı ucalığında dayanan Məmməd Araz dünyasına  əydiyiniz baş həmişə uca olsun.
Abdulla Qurbaninin ərsəyə gətirdiyi bu kitab haqqında nə qədər istəsən yazmaq olar. Bədii tərtibatından tutmuş, ömrünün hər anını yaşadan rəngli fotoşəkillərə qədər hər şey öz yerində, öz qaydasındadır. Təkcə bu kitabı ələ alıb aram-aram, asta-asta oxumaq lazımdı. Hər sətrində Vətən eşqi döyünən, el-oba, yurd-yuva həsrəti göynəyən bu kitabı oxumaq şərəfinə nail olanlar sonda başlarını qaldırıb üstündə gəzdiyi bu yurdun nə qədər ulu, dosta-dost, düşmənə-düşmən olduğunu görəcəklər...
Və görüntünün fonunda  gülərüz, nurani, hər sözü, hər kəlməsi dağdan ağır olan bir kişinin – Məmməd Arazın gülərüz çöhrəsini görəcəksiniz. O çöhrədən isə hələ neçə-neçə igid ilham ala-ala düşmən üstünə yeriyəcək.

2002
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws